ATƏT-in monitorinqi insidentsiz başa çatıb

Adəm Abbaslı/AZADİNFORM. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 10-da Goranboy rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.

10.10.2018 13:45 / Baxılıb: 137 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo