PKK-nın əlində 679 terrorçu uşaq var

Samir Soltanov/AZADİNFORM. PKK/KCK terror təşkilatlarının əlində ailələrində alınaraq döyüşməyə məcbur edilən 679 uşaq mövcuddur. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, bu uşaqlar 18 yaşından kiçikdir. Məlumata görə, PKK/KCK tərəfindən son 9 ayda 15 yaşından kiçik 47 uşaq aldadılaraq və ya oğurlanaraq məcbur şəkildə terrorçu edilib. Saxlanılan və ya terror təşkilatını tərk edənlərin ifadəsi yazılan rəqəmlərin düzgünlüyünü bir daha təsdiq edir. 

Xatırladaq ki, 2014-cü ildə 305, 2015-ci ildə 424, 2016-cı ildə 222, ötən il isə 88 uşaq təhdid olunaraq və ya məcburi şəkildə terrorçu edilib.

10.10.2018 12:45 / Baxılıb: 205 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo