Hər iki dövlət Suriyada öz maraqlarını həyata keçirmək fikrindədir

Ləman Hüseynzadə / AZADİNFORM. “Rusiya-İsrail münasibətləri son proseslərə qədər normal stabil çərçivədə inkişaf edirdi. Lakin axırıncı baş verən hadisə, yəni Rusiyanın təyyarəsinin vurulmasından sonra bu münasibətlər gərginləşdi. Çünki Rusiya açıq şəkildə İsraili bu təyyarəni vurmaqda günahlandırır”.

Bu fikirləri Azadinform-a Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Rusiya və İsrail rəhbərləri arasında gözlənilən görüşə münasibət bildirərkən deyib.

O qeyd edib ki, hər iki dövlət Suriyada öz maraqlarını həyata keçirmək fikrindədir və bu, əsas strateji məqsəddən imtina etmək fikrində deyillər: “Təbii ki, maraqlar da müxtəlifdir. İranın Suriyada qalması və orda bazaların yaranması İsrailin maraqlarına zidd hesab olunur. İsrail tərəfi hesab edir ki, bu, onların təhlükəsizliyinə zərbə vura biləcək bir təhlükəli amildir. Rusiyanın vasitəsilə İrana təzyiq etməyə çalışır ki, İsrailə qarşı hər hansı bir təhlükə yaranmasın. Düşünürəm ki, Putinlə Netanyahu arasında keçiriləcək görüşdə də Suriyadakı vəziyyət, İran amili, İranın Suriyada olan hərbi qüvvələri və İsrailin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunacaq”.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə yaxın günlərdə görüşəcəyini açıqlayıb.

10.10.2018 11:35 / Baxılıb: 273 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo