Naxçıvan Turizm Departamentinin strukturu təsdiqlənib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Azadinform xəbər verir ki, fərmanla Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnamə və Departamentin strukturu təsdiq edilib.

Turizm Departamenti Aparatının işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə həmin fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

9.10.2018 22:36 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo