Azərbaycanlı jurnalist Misir mətbuatında ermənilərin işğalçılıq siyasətindən yazdı

Azərbaycanın tanınmış jurnalisti, "Xalq Cəbhəsi" qəzetinin müxbiri Cavid Şahverdiyevin Misirin nüfuzlu http://www.shbabalnil.com saytında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yazısı çap edilib.

Azadinform xəbər verir ki, yazıda ermənilərin Azərbaycanın torpaqlarını işğal etmələri, Xocalı soyqırımının törədilməsi, erməni vəhşilikləri, şəhidlər, itkin düşən soydaşlarımız, dəyən ziyan, işğal altında olan torpaqlarımızda mədəni və tarixi abidələrimizin məhv edilməsi, dağıdılması, BMT Təhlükəsizlik Şurasının işğalçı ordunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamənin qəbul edilməsi qeyd edilib. 

Yazıda bildirilib ki, 1994-cü ildə əldə edilən atəşkəs razılığına baxmayaraq, Ermənistan tərəfi hər gün təmas xəttində atəşkəsi pozur və hətta mülki əhalini belə güllələməkdə davam edir. Qeyd olunub ki, BMT qətnamələrinin qəbul edilməsinə baxmayaraq, dünya birlikləri Ermənistanın işğalçılıq siyasətinə bu günədək göz yumurlar, onu müdafiə edirlər. Münaqişənin tənzimlənməsi məqsədilə yaradılan ATƏT-in Minsk qrupu isə bu vaxtadək daim ermənipərəst mövqe sərgiləyib.

9.10.2018 19:07 / Baxılıb: 176 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo