Ermənistanda proses parlamentin özünü buraxmasına doğru gedir

Şəfa Tapdıq/AZADİNFORM. “Ermənistanın baş naziri Paşinyanla “Çiçəklənən Ermənistan” partiyasının lideri Tsarukyan arasında memorandum imzalanması göstərir ki, onlar üzlərini Paşinyana tərəf çeviriblər”.

Bu sözləri Azadinform-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Politoloq deyib ki, respublikaçılar partiyasında yavaş-yavaş dağılma baş verə bilər: “Əhalidə “Qarabağ klanı”na qarşı simpatiya yoxdur. Düşünürəm ki, Sərkisyanın partiyası parlamenti əlində saxlaya bilməyəcək. Məncə, proses parlamentin özünü buraxmasına doğru gedir. Ona görə də növbədənkənar parlament seçkilərinin dekabrda baş tutması real görünür. Paşinyan başlatdığı küçə etirazlarının, inqilabının nəticələrini əldə etməyə doğru gedir. Çətin olsa da, ciddi müqavimətlə rastlaşsa da, getdikcə prosesi nəzarət altına alır”.

9.10.2018 17:30 / Baxılıb: 315 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo