Musa Qasımlı Türk Tarix Qurumunun qurultayında məruzə edib - FOTO

Şəfa Tapdıq/AZADİNFORM. AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Ankarada Türk Tarix Qurumunun dünyanın müxtəlif ölkələrindən 800 alim və tədqiqatçının iştirakı ilə keçirilən 18-ci qurultayının “Diplomatiya tarixi” bölməsində “Antanta ölkələrinin Cənubi Qafqaz siyasəti (oktyabr-dekabr 1917-ci il)” mövzusunda məruzə, “Türk dünyası” bölməsinin isə iclasına sədrlik edib.

Azərbaycan aliminin məruzəsi xüsusi maraq doğurub.

M. Qasımlının Azadinform-a verdiyi məlumata görə, qurultayda türk tarixinin geniş problemlərinə dair məruzələr dinlənilib və müzakirə edilib.

9.10.2018 16:25 / Baxılıb: 334 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo