| |||||
Sərhəddə külli miqdarda narkotik vasitə müsadirə edilib – 4 nəfər saxlanılıb + FotolarSamir Soltanov/AZADİNFORM. Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub. DSX-nin mətbuat mərkəzindən Azadinform-a verilən məlumata görə, həmin tarixdə saat 00:56 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana dövlət sərhədini pozaraq keçmiş İran vətəndaşı 1983-cü il təvəllüdlü Şahbazi Əkbər Dilavər sərhəd pozucusu qismində saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 200 qram heroin, 710 qram tiryək, 200 ədəd “tereqabalin” psixotrop maddəsi və 15 qutu “metrotan” həbləri aşkar olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni qəbul etmək üçün həmin əraziyə gəlmiş Azərbaycan vətəndaşları Astara rayon sakinləri 1972-ci il təvəllüdlü Əkbərov Rövşən Firuddin oğlu, 1982-ci il təvəllüdlü Vəliyeva Xəyalə Yaqut qızı, həmçinin narkotik vasitənin sifarişçisi Lənkəran rayon sakini 1986-cı il təvəllüdlü Məmmədov Pərviz Əsəd oğlu saxlanılaraq istintaqa cəlb edilib. Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
9.10.2018 15:35 / Baxılıb: 181 /
![]() ![]() ![]() ![]() ![]() Bu bölmədə ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() 20.02.2019
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |