Avropa İttifaqı verdiyi sözü tutmadı Ərdoğan

Samir Soltanov/AZADİNFORM. “Son bir neçə aydır Türkiyəyə qarşı iqtisadi hücumlar edilir”. 

Azadinform xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, Türkiyənin Suriya və İraqda öz təhlükəsizliyini təmin etmək üçün atdığı addımlar bəzilərini narahat edir: “Bir zamanlar YPG-nin işğalından olan bölgələrdə indi yüz minlərlə insan hüzur içində yaşayır. Soçi razılaşması ilə 3,5 milyon insanın təhlükəsizliyi təmin edilib”.

Prezident vurğulayıb ki, 4 milyon mühacirə ev sahibliyi edirik: “Xərcimizin 33 milyard dollar olduğunu açıqladıq. Heç bir təşkilatdan doğru-düzgün yardım almadıq. Avropa İttifaqı verdiyi sözü tutmadı. Mühacir məsələsində beynəlxalq təşkilatlar öz üzərlərinə düşən məsuliyyəti yerinə yetirməyib”.

9.10.2018 14:45 / Baxılıb: 152 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo