Tramp itən jurnalistlə bağlı danışdı

Samir Soltanov/AZADİNFORM. ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının aqibətindən narahatlığını dilə gətirib. 

Azadinform xəbər verir ki, məsələ ilə bağlı narahat olduğunu bildirən ABŞ lideri qeyd edib ki, ümid edirəm mövzu bir an əvvəl açıqlığa qovuşar: “Hal-hazırda mövzu ilə bağlı heç kim bir şey bilmir”.

Xatırladaq ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının tanınmış müxalif jurnalisti, “Washington Post”un müxbiri Camal Qaşıqçı ölkəsinin İstanbuldakı baş konsulluğuna girib və bir daha geri qayıtmayıb.

9.10.2018 11:36 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo