Əbülfəs Qarayev Mingəçevirdə vətəndaş qəbulu keçirəcək

Adəm Abbaslı/AZADİNFORM. Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 17-də saat 11.00-da Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Azadinform-a bildirilib ki, Heydər Əliyev Mərkəzində (Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 172) Mingəçevir, Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

9.10.2018 11:25 / Baxılıb: 259 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo