Ermənilər atəşkəs rejimini 30 dəfə pozub

Adəm Abbaslı/AZADİNFORM. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, işğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

9.10.2018 09:46 / Baxılıb: 219 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo