"VAZ" körpüdən yuvarlandı - Hadisədə 2 nəfər öldü

AZADİNFORM. Qəbələ rayonunun Həmzəli kəndində "VAZ" markalı minik avtomobili körpüdən aşaraq qəzaya uğrayıb.

FHN-dən Azadinform-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1987-ci il təvəllüdlü Əzimov Qulu Əhməd oğlunun və sərnişin, 1995-ci il təvəllüdlü İmanov Vüqar Mahir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

9.10.2018 09:35 / Baxılıb: 268 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo