123 cinayət faktının 15-i isti izlərlə açılıb

Adəm Abbaslı/AZADİNFORM. Oktyabrın 8-dən 9-dak daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 123 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

9.10.2018 09:10 / Baxılıb: 178 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo