Bakıda 48 yaşlı ustanı elektrik cərəyanı vurub öldürdü

Bakıda mənzil təmiri ilə məşğul olan ustanı elektrik cərəyanı vurub öldürüb.

Məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Paytaxtın Nərimanov rayon sakini, 1970-ci il təvəllüdlü Mərdanov Afər Avtandil oğlu Suraxanı rayonu, Bülbülə qəsəbəsində Hüseynov Nicat İslava oğluna məxsus yaşayış evinin damının qır örtüyünü təmir edərkən evin üzərindən keçən elektrik cərəyanı vurub.

O dərhal 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər xəstənin həyatını xilas edə bilməyib.

A.Mərdanov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır. (trend)

8.10.2018 21:56 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo