Ərdoğan: "Səudiyyə Ərəbistanı bunu sübuta yetirməlidir"

"Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı baş konsulluğunun binasını tərk etdiyini sübuta yetirməlidir".

Azadinform TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdəki (Macarıstan) mətbuat konfransı zamanı bildirib.

“Konsulluğun rəsmiləri, sadəcə, onun binanı tərk etdiyini deməklə məsələdən yan keçə bilməzlər. Əgər, doğrudan da, o çıxıb gedibsə, bunu şəkillərlə sübut etməlisiniz”, - o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının tanınmış müxalif jurnalisti, “Washington Post”un müxbiri Camal Qaşıqçı ölkəsinin İstanbuldakı baş konsulluğuna girib və bir daha geri qayıtmayıb.

8.10.2018 21:27 / Baxılıb: 312 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo