ABŞ-ın addımları münasibətimizə kölgə saldı

Samir Soltanov/AZADİNFORM. ABŞ Dövlət katibi Mayk Pompeo və Çinin xarici işlər naziri Vanq Yi iki ölkə arasında gərginliyin artığı bir zamanda Pekində bir araya gəliblər. 

Azadinform xəbər verir ki, görüşdən sonra mətbuat konfransı zamanı Çinin XİN rəhbəri bildirib ki, ABŞ-ı yanlış istiqamətdəki hərəkətlərini dayandırmağa çağırırıq: “İki ölkə arasındakı iqtisadi savaşdan başqa, Tayvan problemi və rəsmi Pekinin ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsi ilə bağlı iddialar münasibətlərimizi sarsıdıb. ABŞ Çin ilə qarşıdurma yaratmaq əvəzinə, əməkdaşlıq yolunu izləməlidir. ABŞ-ın addımları münasibətimizin üzərinə kölgə saldı. Rəsmi Vaşinqton dərhal Çinə qarşı əsassız ittihamlarını dayandırmalıdır”.

Vaşinqton ilə Pekin arasında lap əvvəldən anlaşılmazlıqların olduğunu bildirən Mayk Pompeo qeyd edib ki, yaxın zamanda bu problemlərin həll edilməsini istəyirik: “Çinin bizə qarşı apardığı siyasətlə əlaqədar böyük narahatçılığımız var. Bu problemlərin həllinin tapılmasını səbirsizliklə gözləyirəm”. 

8.10.2018 15:30 / Baxılıb: 518 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo