İnterpolun sabiq prezidenti korrupsiyada günahlandırılır

Samir Soltanov/AZADİNFORM. “İnterpol”un sabiq prezidenti Men Hunvey qanunları pozmaqda günahlandırılır. 

Azadinform xəbər verir ki, belə bir iddia ilə Çin Kommunist Partiyasının Mərkəzi İntizam və Nəzarət Komissiyası çıxış edib. İddiaya əsasən Men Hunvey vəzifəsindən sui-istifadə edib, qanunları pozurmuş. Bildirilir ki, iddialarla bağlı araşdırmalara başlanılıb. 

Bundan başqa, Çin hökuməti də “İnterpol”un sabiq prezidentinin rüşvət və korrupsiya hallarına yol verdiyini iddia edir. İddiada qeyd edilir ki, Hunveyin rüşvət alıb-verdiyi, bir çox hallarda qanunlara zidd hərəkət etdiyi ilə bağlı məlumatlar mövcuddur. 

Qeyd edək ki, “İnterpol”a yeni prezidenti vəzifəsinə 18-21 oktyabrda keçiriləcək iclasda təyinat olacaq.

8.10.2018 11:35 / Baxılıb: 280 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo