Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

Gürcüstanın Azərbaycanla sərhədinə yaxın ərazisində 3,3 maqnituda gücündə zəlzələ olub.

Azadinform "İnterfax"a istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin şərqində yerləşən Kaxetiya bölgəsində qeydə alınıb.

Seysmoloqların məlumatına görə, zəlzələ Dedoplistskaro şəhərindən 25 km cənub-şərqdə, Azərbaycanla sərhəddə yerləşən Zemo Xalatsani kəndinin 6-cı km-də baş verib.

Yeraltı təkanların mərkəzi yerin 40 km dərinliyində olub.

7.10.2018 09:53 / Baxılıb: 156 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo