Gün ərzində ermənilərin 3 təxribatını saydım

Nərgiz Məmməd/AZADİNFORM. “Gün ərzində Ermənistanın baş naziri Nikol Paşinyanın və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın 3 təxribatını saydım. Birinci təxribat Ermənistan hərbi təyyarələrinin Dağlıq Qarabağ səmasında uçuşları, ikinci təxribat Nikol Paşinyanın BMT tribunasından Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışı, üçüncü təxribat Xankəndində imzalanan sazişdir”.

Azadinform xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. Politoloq qeyd edib ki, Azərbaycan sərhədini pozan təyyarələr vurulmalıdır, bunun başqa yolu yoxdur: “Ermənilər bu təxribatlarını Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər öncəsi təşkil ediblər ki, Azərbaycan ordusu Ermənistana məxsus təyyarələri vurmağa risk etməsin. Elə tam əksinə, Azərbaycan sərhədini pozan təyyarələr vurulmalıdır ki, Putin Azərbaycanın mövqeyinin ciddiliyini anlasın. Paşinyanın təxribatçı açıqlamalarına gəldikdə isə bu, son bir ayda genişlənib və ardı gəlir. Gəlirik üçüncü məsələyə. Sentyabrın 25-də Xankədində separatçıların lideri Bako Saakyanla Fransanın Alforvil şəhərinin (45 min əhalisi var) meri Mişel Jerşinoviç arasında “dostluq və əməkdaşlıq sazişi” imzalanıb. Bu da ermənilərin Fransa prezidenti Emmanuel Makronun Bakıya səfəri öncə həyata keçirdikləri oxşar təxribatdır. Makronun ziyarəti öz yerində, ancaq Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Azərbaycandakı səfirini XİN-ə çağırıb ona nota verməlidir”.

26.09.2018 15:18 / Baxılıb: 162 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo