Monitorinq insidentsiz başa çatıb

Samir Soltanov/AZADİNFORM. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində keçirilən monitorinq keçirilib. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb. 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller, Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru keçiriblər.

26.09.2018 13:05 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo