Binəqədi bələdiyyəsinə yeni sədr seçildi - Foto

AZADINFORM. Binəqədi rayon Binəqədi bələdiyyəsinin dünən  keçirilən ümumi yığıncağında bələdiyyənin yeni sədri seçilib.

Azadinform xəbər verir ki, bələdiyyə üzvlərinin yekdil qərarı ilə sədr postu “Yerli İqtisadi Məsələlər” Daimi Komissiyasının sədri Salman Umudova həvalə edilib. 

Salman Umudov 1975-ci ildə anadan olub. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. Hazırda həmin ali məktəbin “Dövlət İdarəçiliyi” ixtisası üzrə disertantıdır. 

S.Umudov həmçinin Azərbaycan gənclər hərəkatının fəal üzvlərindəndir. 1995-2004-cü illərdə Demokratik Tələbə Gənclər Təşkilatı sədrinin 1-ci müavini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə Heyətinin üzvü, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri vəzifələrini tutub. 1998-2004-cü illərdə Demokratik Seçki Mərkəzinin şöbə müdiri, 2006-2007-ci illərdə Milli Məclis deputatının köməkçisi olub. 

Hazırda Gənc Sahibkarlar Klubu İctimai Birliyinin sədridir. 2014-cü ildə keçirilən IV çağırış bələdiyyə seşkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Bakının Binəqədi rayon bələdiyyəsinin üzvü seçilib, elə həmin ildən bələdiyyənin Yerli İqtisadi Məsələlər Daimi Komissiyasının sədridir. 

Azərbaycan ordusunun sıralarında zabit kimi xidmət edib. Evlidir, 3 övladı var.

26.09.2018 10:45 / Baxılıb: 1429 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo