Ərdoğan Trampla görüşüb

BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşüb.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş barədə Türkiyə Prezidenti Administrasiyasının rəsmisi Fəxrəddin Altun özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, iki lider Baş Assambleya kuluarlarında əl sıxaraq qısa söhbət ediblər.

Bildirilir ki, bu söhbət birinci xanımlar Əminə Ərdoğan və Melaniya Trampın iştirakı ilə olub.

26.09.2018 09:55 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo