Makron Trampı İran neftinin ixracını məhdudlaşdırmamağa çağırıb

ABŞ prezidenti Donald Tramp anlamalıdır ki, İranı neft ixracından məhrum etmək, yanacaq xammalının qiymətinə mənfi təsir göstərir.

Azadinform TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Fransa prezidenti Emmanüel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışından sonra keçirdiyi mətbuat konfransında deyib.

"Trampın neftin qiymətlərinin artması ilə bağlı fikirləri məni maraqlandırdı. Düşünürəm ki, o, düşüncəsini sonadək inkişaf etdirsə, görəcək ki, neftin qiymətinin düşməsi üçün İranın onu sata bilməsi yaxşı olardı", - deyə Makron bildirib.

"Bu həm dünya, həm də neft qiymətləri üçün yaxşı olardı", - deyə o əlavə edib.

Bununla yanaşı Fransa prezidenti qeyd edib ki, "neftin qiyməti məsələsində həmişə siyasət mövcud olub".

"Lakin yaxşı olardı ki, iqtisadiyyat üstünlük təşkil etsin", - deyə Makron söyləyib.

25.09.2018 23:43 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo