Instagram təsisçiləri istefaya gedir

“Instagram” sosial şəbəkəsinin baş direktoru Kevin Sistrom və baş texniki direktoru Mayk Kriger istefa verib. Yaxın həftələrdə onların şirkəti tərk edəcəyi gözlənilir. Bu barədə “The New York Times” qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Azadinform xəbər verir ki, nəşrin məlumatına görə, K.Sistrom və M.Kriger istefa ilə bağlı qəbul edilən qərarı sosial şəbəkənin məxsus olduğu “Instagram” və “Facebook” rəhbərliyinin diqqətinə çatdırıblar. Mənbə qeyd edib ki, “Instagram” həmtəsisçiləri istefanın səbəblərini açıqlamayaraq işdən azad olunduqdan sonra istirahət edəcəklərini bildiriblər.  

Qəzet nümayəndələrinin fikrincə, K.Sistrom və M.Kriger “Instagram”ı hazırda “Facebook” şirkətinin yaşadığı ən böyük böhran səbəbi ilə tərk ediblər.   

25.09.2018 22:46 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo