Qurban Qurbanov 8 pillə irəliləyib

Samir Soltanov/AZADİNFORM.  Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycandan 2 məşqçi - Qurban Qurbanovla Roberto Bordinin adı yer alıb. 

İki mütəxəssis arasında ən yaxşı nəticə "Neftçi"nin çalışdırıcısına məxsusdur. 7 pillə irəliləyən italiyalı məşqçi 1116 xalla 447-ci sırada qərarlaşıb. Ehtiyatında 1077 xalı olan millimiz və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə 461-cidir. O, ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.  

Qeyd edək ki, siyahıya "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan 2-ci, "Atletiko"nun çalışdırıcısı Diqeo Simeone isə 3-cüdür.

25.09.2018 19:00 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo