Bakcelldən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Samir Soltanov/AZADİNFORM. Bakcell şirkəti özünün yeni “DaimOnline” tarif paketlərini abunəçilərinə tanıtmaq məqsədilə maraqlı aksiya və onlayn müsabiqə təşkil edib. 

Şirkətdən Azadinform-a verilən məlumata görə, aksiya çərçivəsində Bakının mərkəzində - “Fəvvarələr Meydanı”nda xüsusi “DaimOnline” çadırı quraraq qonaqlara “Foto monitor” və “İnsta Print” kimi əyləncələrdə iştirak edib maraqlı hədiyyələrə sahib olmaq imkanı verilir. Stendin ziyarətçiləri burada həmçinin yeni “DaimOnline” tarif paketləri barədə ətraflı məlumat əldə edə bilərlər.  

Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər. Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər. 

Bundan əlavə, Bakcell özünün rəsmi “Instagram” və “Facebook” səhifələrində onlayn müsabiqə keçirir. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar yuxarıda qeyd olunan sosial şəbəkələrdə “Bakcell”in səhifəsinə abunə olmalı və “Fəvvarələr Meydanı”nda quraşdırılmış xüsusi “DaimOnline” çadırının yanında şəkil çəkdirib #DaimOnlineBakcell həşteqi ilə paylaşmalıdır. Müsabiqədə I, IIi və III yer tutan iştirakçılara “Bakcell”dən müvafiq olaraq 300 AZN, 200 AZN və 100 AZN dəyərində hədiyyə kartları təqdim ediləcək. Qeyd edək ki, müsabiqədə yalnız Bakcell abunəçiləri iştirak edə bilər. Biznes və ya bağlı sosial şəbəkə profilinə malik olan istifadəçilərə hədiyyə təqdim olunmur. Sözügedən aksiya 28.09.2018-ci il tarixinə qədər davam edəcək, onlayn müsabiqə isə 27.09.2018-ci il tarixində saat 23:59-da bitəcək. Qaliblər “random.org” saytı vasitəsilə müəyyən ediləcək və 01.10.2018-cil tarixində “Bakcell”in “Instagram” və “Facebook” səhifələrində elan olunacaq. 

Dəyərli hədiyyə qazanmaq istəyirsinizsə, “Fəvvarələr Meydanı”na tələsin, Bakcell stendində şəkil çəkdirib müsabiqəyə qatılmağa hələ də vaxt var. 

25.09.2018 18:15 / Baxılıb: 268 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo