Erməni siyasətçiləri hara, şərəf hara? Partiya sədri

Nərgiz Məmməd/AZADİNFORM. “Ermənistanın ikinci prezidenti Robert Köçəryanın baş nazir Nikol Paşinyanı məhkəməyə verməsi Fransadan və ABŞ-dan yekəbaş-yekəbaş açıqlamalar verən erməni baş nazir üçün sözün əsl mənasında sürpriz oldu. Əlbəttə ki, söhbət acı sürprizdən gedir”. 

Azadinform xəbər verir ki, bu sözləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədri qeyd edib ki, Köçəryan məhkəməyə şərəf və ləyaqətini qorumaq üçün müraciət edib: “Hərçənd ki, Köçəryan özü Paşinyandan da betər şərəfsizin təkidir və olmayan "şərəf"ini qorumaq istəyir. Erməni siyasətçiləri hara, şərəf hara? Məhkəmə nümayəndələrinin bildirdiyinə görə, iddia qaldırılmasına səbəb Paşinyanın Fransaya səfəri zamanı Köçəryan əleyhinə səsləndirdiyi fikirlər olub. Lap yaxşı, qoy Köçəryan Paşinyanı məhkəməyə versin və bununla Paşinyanın cəmiyyətdəki nüfuzuna zərbə vurmuş olsun. Hadisələrin gedişatı maraqlı istiqamət alır. Düşmən ölkə siyasi böhrana doğru iri addımlarla irəliləyir. Ermənistanın siyasi liderləri bir-birini yeyib-bitirməyə çalışdıqca, Ermənistan get-gedə daha da dərin iqtisadi-siyasi bataqlığa sürüklənəcək. Bu isə Azərbaycanın strateji maraqlarına cavab verir”. 

25.09.2018 18:00 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo