Şahmar Mövsümov Monqolustan Prezidenti ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. 

Azadinform xəbər verir ki, Şahmar Mövsümov ARDNF-nin yaranma tarixi, milli neft strategiyası, Fondun məqsəd və vəzifələri, idarəetmə və büdcə sistemi, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya siyasəti, maliyyələşdirilən layihələr, şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində ARDNF-nin gördüyü işlər, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar barədə təqdimatla çıxış edib. 

ARDNF barədə təqdimatla tanış olan Prezident Xaltmaaqiyn Battulqa Neft Fondunun neft və qaz gəlirlərinin şəffaf idarə edilməsi istiqamətində mövcud təcrübəsini yüksək qiymətləndirib. 

Görüşdə mövcud və gələcək investisiya imkanları, əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Monqolustan Prezidenti Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycanın biznes missiyasının cari ilin oktyabr ayında Monqolustana səfərinin nəzərdə tutulduğunu qeyd edib və Monqolustanda mövcud olan investisiya imkanlarının nəzərdən keçirilməsi üçün ARDNF-nin nümayəndə heyətinin də qeyd edilən missiya ilə Monqolustana dəvət edib. 

Şahmar Mövsumov ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və Monqolustan Prezidentinin Azərbaycana səfərinin mövcud əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini qeyd edib. 

25.09.2018 17:51 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo