Elmar Məmmədyarov Venesuela və Baham Adalarından olan həmkarları ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Venesuela Bolivar Respublikasının xarici işlər naziri Jorge Areaza və Baham Adaları Birliyinin xarici işlər naziri Daren Alan Henfild ilə ikitərəfli görüşlər keçirib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, nazirlər ikitərəfli münasibətləri müzakirə edib, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, həmçinin BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

25.09.2018 17:00 / Baxılıb: 80 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.10.2018
20.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo