Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri müzakirə edilib

Samir Soltanov/AZADİNFORM. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

25.09.2018 16:25 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo