Qarabağ - Arsenal oyununa nə qədər bilet satılıb?

Samir Soltanov/AZADİNFORM. Avropa Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” - “Arsenal” oyununa bilet satışı davam edir. 

Azadinform klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, artıq 20 min bilet satılıb. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir. Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

25.09.2018 15:54 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo