Ən zərərli yuxu pozası

Samir Soltanov/AZADİNFORM. Üzü üstdə yatmaq insan orqanizminə zərərlidir. 

Azadinform xəbər verir ki, amerikalı mütəxəssislər bildirir ki, üzü üstdə yatmaq kürək, boyun və oynaq ağrısına gətirib çıxarır. Ayrıca mədə üzərində yatmağın da nəfəs almanı çətinləşdirdiyi vurğulanıb. Əsasən də hamilə qadınların üzü üstdə yatmamaları mövzusunda xəbərdarlıq edən mütəxəssislər qeyd edib ki, bu, həm də qan dövranını çətinləşdirir. 

Bəzi mütəxəssislər qeyd edir ki, üzü üstdə yatarkən onurğanın zərər görməməsi üçün qarının altına kiçik yastıq qoyulmalıdır. Həmçinin, sərt yataqda yatmaq məsləhət görülür. Mütəxəssislər ayrıca onurğanın sağlamlığı üçün boyunun rahatca hərəkət edə biləcəyi mövqelərdə yatmağın lazım olduğunu vurğulayır.

25.09.2018 11:30 / Baxılıb: 737 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo