Şahmatçılarımız olimpiadaya qələbə ilə başlayıb

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasına start verilib.

Azadinform-un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas milli komandası ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) kollektivi ilə üz-üzə gəlib.

Görüşlərdən sonra üstünlük əsas milli komandanın tərəfində olub. Arkadi Naydiç və Teymur Rəcəbov rəqibləri ilə heç-heçə edib. Eltac Səfərli və Rauf Məmmədov isə görüşlərini qələbə ilə başa vurublar.

Azərbaycan - Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandası - 3:1

Teymur Rəcəbov (2751) - İqor Yarmanov (2376) - 0,5:0,5

Arkadi Naydiç (2721) - Andrey Qurbanov (2305) - 0,5 - 0,5

Rauf Məmmədov (2699) - Dmitri Scerbin (2264) - 1:0

Eltac Səfərli (2676) - Andrey Tersinsev (2194) - 1:0 

24.09.2018 21:09 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo