Azərbaycanda yüzdən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Azərbaycanda yüzdən çox hakim nöqsan və pozuntulara görə məhkəmə sistemindən kənarlaşdırılıb. 

Azadinform xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov Ağstafa rayonuna səfəri çərçivəsində Gəncə Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə keçirdiyi geniş zona müşavirəsində bildirib.

Nazir deyib ki, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq məhkəmə qərarlarının ədalətliliyi, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi və vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması daim diqqət mərkəzində saxlanılır: "Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb, o cümlədən korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib".

24.09.2018 20:38 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo