Avropa Komissiyası Polşanı məhkəməyə verib

Avropa Komissiyası (AK) Polşada məhkəmə sistemində aparılmış islahatlarla bağlı ölkə hakimiyyətinə qarşı Avropa Məhkəməsində iddia qaldırmaq qərarına gəlib.

Bu barədə Azadinform "RİA Novosti"yə istinadən xəbər verir.

AK-nın bəyanatında göstərilib ki, Komissiya Polşanın Ali Məhkəmə barədə yeni qanununda məhkəmə orqanlarının müstəqilliyi prinsipinin pozulması ilə əlaqədar olaraq, Avropa Məhkəməsinə müraciət etməyə və onlardan iş üzrə qərar qəbul edilənə qədər müvəqqəti tədbirlər görməyi xahiş etməyə qərar verib.

Eyni zamanda AK-dan bildiriblər ki, Polşanın Ali Məhkəmə barədə qanunu məhkəmənin müstəqilliyi prinsipini pozduğundan Aİ qanunvericiliyinə uyğun gəlmir.

24.09.2018 20:11 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo