OPEC+ ölkələri neft hasilatını azalda bilər

OPEC+ ölkələri bazar çətinlikləri yaşanacağı halda, gələcəkdə hasilatın azaldılması ilə bağlı mexanizmə qayıda bilər.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak "Rossiya 24" telekanalına müsahibəsində bildirib.

"Neft hasilatının azaldılması mexanizmi effektivliyini nümayiş etdirib və əgər gələcəkdə bazarda çətin vəziyyət yaranarsa, 2017-2018-ci illərdə olduğu kimi, eyni yanaşmaya qayıda bilərik", - nazir deyib.

Onun sözlərinə görə, bütün ölkələr diqqəti qlobal hədəfə çatmağa - tələb və təklifin balanslaşdırılmasına yönəltməlidir.

Xatırladaq ki, OPEC+ ölkələri Əlcəzairdə keçirilmiş nazirlər toplantısında 2019-cu ildə məhdudiyyətlərin yenidən tətbiqi barədə xəbərdarlıq edib. Gələn il üçün tədbirlər barədə yekun qərarı nazirlər dekabrın 6-7-də Vyanada (Avstriya) qəbul edə bilərlər.

24.09.2018 19:16 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo