İtaliya miqrasiyaya qarşı tədbirlər görür

İtaliya Nazirlər Şurası miqrasiya və təhlükəsizlik sahəsinə dair tədbirləri nəzərdə tutan sənədi yekdilliklə qəbul edib.

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırkı baş nazirin müavini və daxili işlər nazirinin şərəfinə “Salvini dekreti” adı verilən bu sənəd humanitar səbəblər əsasında sığınacaq verilməsi qaydalarını sərtləşdirərək istər vətəndaşlıq verilməsinin, istərsə də miqrant qəbulu mərkəzlərində qalmağın yeni şərtlərini müəyyənləşdirir.

Dekret həmçinin sığınacaqla bağlı müraciət edən namizədlər üçün həmin hüquqdan məhrum edən cinayətlərin siyahısını genişlədirir, ölkənin milli təhlükəsizliyini təhdid edən şəxslərin vətəndaşlıqdan çıxarılmasına imkan yaradır.

24.09.2018 19:43 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo