XİN: Həkimlərin ölkəmizin işğal olunmuş ərazilərinə səfəri araşdırılır

Samir Soltanov/AZADİNFORM. “Kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq təşkilatından olan bir qrup həkimin cari ilin 22-26 sentyabr tarixlərində ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılmaqdadır”. 

Azadinform xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.  Bildirilir ki, bununla əlaqədar aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib.

24.09.2018 18:53 / Baxılıb: 326 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.05.2019
    18.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo