Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olub Foto

Samir Soltanov/AZADİNFORM. Bu gün məşhur rus yazıçısı, şair, dramaturq, kinossenarist və ictimai xadim Yuri Polyakov Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub. 

Azadinform xəbər verir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla bildirib ki, Yuri Polyakovu universitetdə görməkdən məmnundur: “Azərbaycan Dillər Universitetinin müəllimləri və tələbələri yazıçı ilə bu görüşü çoxdan gözləyirdi. Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan “Sinif yoldaşları” tamaşasının premyerası yüksək səviyyədə baş tutdu. Bu tamaşanın ərsəyə gəlməsində əməyi olmuş hər kəsə təşəkkür edirik. Qonağımızı növbəti uğuru münasibətilə təbrik etmək istəyirəm”. 

Rektor Kamal Abdulla dramaturqun yaradıcılığına aid olan əsərlərin əsasında digər teatr səhnələrində də tamaşalar nümayiş olunduğunu bildirib. Təhsil ocağının rəhbəri bir çox şəxslərin öz elmi fəaliyyətində Y.Polyakovun yaradıcılığından yararlandıqlarını deyib. 

Yazıçı-dramaturq Yuri Polyakov ADU-da olmaqdan və fikirlərini bölüşməkdən məmnun olduğunu söyləyib. O, Azərbaycan Milli Dram Teatrında səhnəyə qoyulan tamaşa haqqında təəssüratlarını bölüşüb. Yazıçı əsərin ərsəyə gəlməsindən, həmçinin digər ədəbi proseslərdən bəhs edib. O, eyni zamanda Rusiya ədəbiyyatçıları, onları narahat edən məsələlər, bu sahədə yaranan çətinliklər haqqında danışıb. Y.Polyakov Rusiya ədəbiyyatındakı, tərcümə ədəbiyyatında nəzərə çarpan məqamlar haqqında da fikirlərini bölüşüb. 

Görüşdə yazıçı müəllifi olduğu kitabları Azərbaycan Dillər Universitetinə hədiyyə edib. Daha sonra qonaq dəyirmi masa iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

24.09.2018 18:13 / Baxılıb: 72 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo