Gəncədə 135 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Samir Soltanov/AZADİNFORM. Gəncədə həyətyanı sahədə 135 ədəd partlamamış hərbi sursat aşkarlanıb. 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azadinform-a verilən məlumata görə, dünən saat 19:06-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 8 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsi tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 74 ədəd partlamamış hərbi sursat aşkar olunub, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri bu gün də davam etdirilib, nəticədə əlavə olaraq 61 ədəd (cəmi: 135 ədəd) partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 19 400 kv.m (cəmi: 19 500 kv.m) əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

24.09.2018 18:04 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo