Ermənilər hələ danışıqlara hazır deyil Politoloq

Ləman Hüseynzadə / AZADİNFORM. “Ermənistanın yeni hökuməti Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürür. İndiyə qədər aparılan 20 illik danışıqların üstündən sanki xətt çəkməyə çalışır. Amma dünya ölkələri danışıqlar prosesini bərpa etməyi və onu davam etdirməyi tələb edir”.

Bu fikirləri Azadinform-a politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünü şərh edərkən deyib.

O bildirib ki, ermənilər hələ danışıqlara hazır deyil: “Çünki Nikol Paşinyan o qədər məsuliyyətsiz bəyanatlar verib ki, bunların üstündən keçib danışıqları bərpa etmək düşünülən qədər asan olmayacaq. Bu nöqteyi-nəzərdən XİN rəhbərlərinin görüşünün də ciddi bir nəticə verəcəyini gözləmirəm. Ona görə ki, elə bu yaxınlarda yeni nazir Zöhrab Mnatsakanyan çox bədheybət bəyanat yaydı. Bildirmişdir ki, Kəlbəcəri geri qaytarmaq olmaz, çünki böyük içməli su ehtiyatları var, Ağdamı vermək olmaz, çünki həmin bölgədən Dağlıq Qarabağı atəşə tutmaq olar. Yəni ki, bununla onlar bir növ işğalçılıq siyasətlərinə haqq qazandırırlar. Ona qalsa bütün Ermənistanın işğal edilməsi Azərbaycanın itirilmiş torpaqlarının geriyə qaytarmaq demək olardı. Və bu ərazilər Azərbaycan üçün çox vacibdir də demək olar. Yəni bu məntiqlə, bu təfəkkürlə danışıqlar prosesinə yanaşmaq gülünc olardı. Ehtimal edirəm ki, çətin danışıqlar prosesi olacaq. Bir ortaq məxrəcə gəlinməyin də çox çətin olacağını güman edirəm”.

24.09.2018 16:55 / Baxılıb: 180 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo