Ən yaxşı tank bölüyü adı uğrunda yarışlar başlayıb Video + Fotolar

Samir Soltanov/AZADİNFORM. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar başlayıb. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılmasıdır. 

Nəticələrin dəqiq hesablanıb qiymətləndirilməsi məqsədilə yaradılan komissiya yarışlara cəlb olunan heyətlərin taktiki və fiziki hazırlığı, atış və sürücülük bacarığı üzrə məqbulları qəbul edəcək. 

Sonda ümumi nəticələr hesablanaraq “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışın qalibləri mükafatlandırılacaq.


24.09.2018 16:35 / Baxılıb: 63 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.10.2018
17.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo