Bakı İslam Universiteti bağlandı

Bakı İslam Universiteti bağlanıb. Bu haqda təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb.

O qeyd edib ki, Bakı İslam Universiteti fəaliyyətini dayandırır: “Tələbələr topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər. Aldığım məlumata görə, artıq bu il birinci kursa qəbul olan tələbələr köçürülüb”.

Bildirilib ki, tələbələr tam köçürülməyib. Hazırda onlar Dövlət İmtahan Mərkəzinə dəvət edilirlər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşıb. 2009-cu ildə Təhsil Nazirliyi 5 il müddətinə universitetin fəaliyyətinə xüsusi razılıq verib. Universitetin rektoru Hacı Sabir Həsənlidir.

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova xəbəri təsdiqləyib və qeyd edib ki, universitetin bağlanması haqqında müvafiq qurumlarla məsləhətləşmələr aparılıb. Bundan sonra bağlanma haqqında qərar verilib: “Builki qəbul dayandırılıb. Səbəb isə İlahiyyat İnstitutunun yaranması və eyni ixtisas üzrə pulsuz təhsilin təşkilidir. Tələbələrin hazırda köçürülmə prosesi gedir”. (Qafqazinfo)

24.09.2018 16:23 / Baxılıb: 730 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo