Rusiya Suriyaya S-300 verəcək

Samir Soltanov/AZADİNFORM. “Suriya Silahlı Qüvvələrinə 2 həftə ərzində müasir standartlara cavab verən “S-300” zenit raket kompleks sistemi veriləcək”. 

Azadinform xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Nazir qeyd edib ki, bu sistem havada 250 kilometr məsafədəki hədəfi vurmağa və bir neçəsini eyni anda məhv etmə qabiliyyətinə malikdir. “S-300” sistemi Suriyanın havadan müdafiə olunmasına çox böyük köməklik göstərəcək”.

Suriyaya təslim edilmək üçün 2013-cü ildə hazırlanan “S-300” zenit raket kompleks sisteminin son anda İsrailin xahişini nəzərə alaraq verilmədiyini xatırladan nazir qeyd edib ki, bu gün vəziyyət dəyişib: “Bu bizim günahımız deyil”.

Xatırladaq ki, keçən həftə Aralıq dənizi üzərində Rusiyaya məxsus hərbi təyyarə vurulub. Nəticədə 15 rusiyalı hərbçi həlak olmuşdu. Rusiya Müdafiə Nazirliyi hadisədə İsrailin günahkar olduğunu açıqlamışdı.

24.09.2018 15:35 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo