Azərbaycan dövlətçiliyi dərin tarixi köklərə söykənib

Şəfa Tapdıq/AZADİNFORM. “Milli Məclisdə Azərbaycan parlamentinin yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli iclas keçirildi. İclasda bir çox ölkələrin parlament sədrləri, deputatları və nümayəndələri iştirak edirdi. İclasda ölkə başçısı İlham Əliyev geniş nitqlə çıxış etdi”.

Bu fikirləri Azadinform-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili bildirib ki, prezident çıxışında Azərbaycan Parlamentinin keçdiyi tarixi yolu, 100 il əvvəl yaradılmış parlamentimizin müsəlman şərqinin ulduzu olduğunu və bu gün də parlamentin ölkəmizin sosial-iqtisadi inkişafında mühüm yer tutduğunu qeyd edib: “Cənab prezident öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırdı və bu günə qədər torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində beynəlxalq təşkilatların hər hansı bir nəticəyə nail olmadığını vurğuladı. Prezident həmçinin Ermənistan rəhbərinin sərsəm bəyanatlar səsləndirməsini və münaqişənin sülh yolu ilə həll edilməsində danışıqlardan yayınmağa çalışdığını qeyd etdi. Bildirdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır. O da qeyd olundu ki, əgər hərbi əməliyyatlara başlasaq, bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərində olacaq”. 

A. Badamov onu da qeyd edib ki, parlamentin 100 iliyinin qeyd olunması Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış hadisədir: “100 il əvvəl yaradılmış parlament uzun ömürlü olmasa da, Azərbaycanın demokratik ənənələrə malik müstəqil dövlətçiliyinin əsasını qoydu. Parlamentin 100 illiyi bir daha sübut edir ki, Azərbaycan dövlətçiliyi dərin tarixi köklərə söykənib”.

24.09.2018 15:15 / Baxılıb: 430 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo