SOCAR-ın Cüdo Federasiyasına verdiyi Məşq Bazasında əsaslı təmir aparılıb

Adəm Abbaslı/AZADİNFORM. Bu gün SOCAR-ın və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində SOCAR tərəfindən Azərbaycan Cüdo Federasiyasının istifadəsinə verilən Sumqayıt Təlim Məşq Bazasının (Cüdo Mərkəzi) binasının əsaslı təmirdən sonra açılış mərasimində iştirak edib.

SOCAR-dan Azadinform-a verilən məlumata görə, Cüdo Mərkəzinin birinci mərtəbəsində iki idman təlim məşq zalı, fitness zalı, iki məşqçi otağı, akt zalı, tibb otağı, iki soyunub-geyinmə otağı, təsərrüfat, sanitar qovşağı və duş otaqları, köməkçi otaqlar, ikinci mərtəbəsində böyük cüdo idman-məşq zalı və məşqçi otaqları, üçüncü mərtəbədə isə köməkçi otaqlar əsaslı təmir edilib. Həmçinin İdman Təlim Mərkəzində yeni istilik və havalandırma sistemləri və kondisionerlər quraşdırılmış, binanın ön fasadnda şüşəli vitraj, ümumi fasadda isə alkopan örtük piltələrindən üzləmə işləri aparılıb. Həyətyanı sahədə abadlıq işləri yerinə yetirilərək yeni beton bardurlar quraşdırılıb, meydança və səkilər tamet daşı ilə üzlənib, yeni işıq dirəkləri basdırılıb.

Mərkəzlə tanış olan qonaqlar idman zalında məşq edən kiçikyaşlı cüdoçularla söhbət edib və onlara yeni idman geyimləri-kimonolar hədiyyə ediblər. Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəbli və ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu, Azərbaycanın Əməkdar idman ustası İlham Zəkiyevin də iştirak etdiyi məşqçilər və idmançılarla görüşən qonaqlara məlumat verilib ki, Sumqayıt cüdoçuları bütün Beynəlxalq yarışlarda – dünya və Avropa çempionatlarında həmişə yüksək nəticələr göstərib və vətənə yüksək mükafatlarla qayıdıblar.

24.09.2018 15:05 / Baxılıb: 112 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
10.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo