İƏT Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək

Samir Soltanov/AZADİNFORM. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar Təmas qrupu Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək. 

Azadinform xəbər verir ki, bu barədə İƏT-in “Twitter” səhifəsində bildirilib. 

Qeyd edək ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində münaqişənin həlli ilə bağlı təmas qrupunun yaratmaq qərarını verib. Təmas qrupunun tərkibinə təşkilatın üzv ölkələrinin xarici işləri nazirləri daxildir. Qrupun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib.

24.09.2018 14:40 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo