M.A.P Beynəlxalq Teatr Festivalı keçiriləcək Fotolar

Ləman Hüseynzadə / AZADİNFORM. “Bakcell”in baş sponsorluğu ilə YARAT Müasir İncəsənət Məkanı 6-11 noyabr tarixlərində 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edir. 

Azadinform xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında "Bakcell"in baş icraçı direktoru Nikolai Beckers məlumat verib. 

N. Beckers qeyd edib ki, “Bakcell” şirkəti ötən il də bu festivala dəstək olub: “İlk ildən etibarən M.A.P festivalının baş sponsoru qismində çıxış edirik. Milli telekommunikasiya operatoru olan “Bakcell” Azərbaycanda musiqi və incəsənətin inkişafına töhfə verən layihələrin dəstəklənməsi öhdəliyinə daim sadiq qalır. Hesab edirəm ki, festival bu il də gözlənildiyi kimi uğurla keçəcək”. 

Qeyd edək ki, M.A.P. festivalı musiqi, incəsənət və performans terminlərinin özündə birləşdirir. Festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya, Birləşmiş Krallıq və digər ölkələrdən olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.

24.09.2018 14:34 / Baxılıb: 158 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.10.2018
20.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo