Suriyada təhlükəsiz bölgələri artırmağa davam edəcəyik

Samir Soltanov/AZADİNFORM. “Türkiyə PKK/YPG və İŞİD-lə mübarizəsini davam etdirir. Şəhidlərimizin hesabına 260 mindən artıq suriyalının doğma torpaqlarına geri dönməsini təmin etdik”. 

Azadinform xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, İdlib problemində olduğu kimi tək bir dinc sakinin burnunun qanamaması üçün diplomatik sahədə böyük səy göstərdik: “Bunun nəticəsini də əldə etməyə başlamışıq. Bir vaxtlar terrorçuların rahat fəaliyyət göstərdiyi bölgələrdə bu gün suriyalı uşaqlar təhlükəsiz şəkildə məktəbə gedə bilirlər. Afrində, Əl-Babda və Cerablusda təhlükəsizlik təmin edilib. İnşallah önümüzdəki dövrdə Fəratın şərqini də əhatə edəcək şəkildə Suriya daxilində təhlükəsiz bölgələri artırmağa davam edəcəyik. Ölkəmizə qarşı terror təhdidi sona çatana qədər, Suriyanın gələcəyinə qəsd edən qruplaşmaların kökünü kəsənə kimi mübarizəmizi davam etdirəcəyik”. 

24.09.2018 14:00 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo